Silk Way West
Silk Way Airlines
Business Aviation
Sky Catering
Silkway Technics
Ground Handling
Helicopter Services
Baku Cargo
Duty Free
Sheraton
Bank
Insurance
Construction
Travel
Haan Cargo

 

Dünya

 səviyyəli xidmətləri kəşf edin

 

www.silkwaywest.com

"Silk Way Holding" "Silk Vey Vest" Aviaşirkəti MMC-nin yaradıcısı və sahibkarıdır. O, öz istismarçı sertifikatını 2012-ci ildə Azərbaycan Respublikası Aviasiya Administrasıyasından almışdır. Beynəlxalq Aviasiya təşkilatları İCAO və İATA-dan müvafiq olaraq AZG və 7L*(501) qeydiyyat və tanınma nişanları almışdır. Aviaparkımız üç ədəd Boeing 747-400F və iki ədəd Boeing 767-300F tipli hava gəmilərindən ibarətdir. Bütün təyyarələrimiz TCAS sistemi ELT, ADF, RVSM və digər lazımi avadanlıqlarla təchiz olunmuşdur.

 

Ötən il ərzində "Silk Vey Vest" Aviaşirkəti müntəzəm uçuşların həyata keçirilmədiyi Əfqanıstan və İraq kimi bölgələrə uçular yerinə yetirmişdir. Biz gündəlik olaraq dövlət və qeyri-dövlət təşkilatları ilə kompleks sifarişlərin yerinə yetirilməsi üzrə əməkdaşlıq edirik. Bizim marşrut şəbəkəmiz 20-si müntəzəm olmaqla və qalanları çarter olmaqla 50 istiqamətdə uçuşlar həyata keçirməyə imkan verir. Bakının iki qitənin qovşağında yerləşməsi bizə Asiyadan Avropaya qitələrarası yükdaşımaların yerinə yetirilməsinə əlverişli şərait yaradır. İllik yükdaşıma dövriyyəmiz 115,000-125,000 tondur . 2013-cü il üçün məqsədimiz bu göstəcinin ikiqatıdır.

Şirkətimizin təyyarələri, üçüncü tərəf sığortası və uçuş heyəti London Sığorta Bazarında sığortalanmışlar. Biz müştəri yönümlü siyasət aparırıq və müştərilərimizin tələblərinə cavab vermək üçün mümkün bütün tədbirləri həyata keçiririk. "Silk Vey Vest" Aviaşirkətinin Bakı,Hahn və London hava limanlarında öz anbarları vardır və bu müştərilərə daha keyfiyyətli xidmətin göstərilməsinə imkan verir.

Məqsədimiz Sizləri məmnun etməkdir.

 

Etibarlılıq, punktuallıq, keyfiyyət və təhlükəsizlik bizim daim nəzarətdə saxladığımız və inkişaf etdirdiyimiz hədəflərdirlər. Öz müştərilərimizin bütün növ çarter sifarişlərini yerinə yetirməyə daim can atırıq və əsas amalımız müştərilərimizə sərf edən şərtlərlə hər növ yükdaşıma xidmətini göstərməklə "Silk Vey Vest" Aviaşirkətini qitənin aparıcı yükdaşıma şirkəti etməkdir.

www.silkway-airlines.com

"Silk Way" Aviaşirkəti 9 oktyabr 2001-ci ildə Azərbaycan Respublikasının Mülki Aviasiyası tərəfindən yaradılmışdır (Operatorun Hava Şəhadətnaməsi Nömrəsi 14). "Silk Way" Aviaşirkəti Azərbaycanda əsas aviadaşiyıcılardandır və Azərbaycan Respublikası tərəfindən təsdiq olunub. Aviaşirkət “İlyuşin İL-76” (hal-hazırda 7 ədəd İL-76) və “Antonov AN-12” (hal-hazırda 3 ədəd AN-12 ) yükdaşıyan təyyarələrlə bütün dünyada çarter proqramlarına xidmət göstərir. 2007-ci il may ayının 7-dən başlayaraq "Silk Way" Aviaşirkəti V.P.Çkalov adına Daşkənt Təyyarə İstehsalı Korporasiyasında (Özbəkistan) hazırlanmış, mühərriki İL-90A-76 olan yeni İL-76TD-90 təyyarəsindən istifadə edir.

"Silk Way" Aviaşirkəti öz təyyarə parkının daim yeniləşdirilməsi istiqamətində mühüm işlər görür və bununla əlaqədar olaraq, bir neçə ay ərzində PS-90A-76 mühərriki ilə təchiz edilmiş daha bir İL-76TD-90 təyyarəsinin alınması nəzərdə tutulur. 2002-ci ilin sonunda "Silk Way" Aviaşirkəti Əfqanıstana humanitar yüklərin daşınması ilə əlaqədar illik (NATO, İSAF və Almaniya Müdafiə Nazirliyi) tenderin qalibi oldu. “Silk Way” həmçinin Kanada Milli Müdafiə Nazirliyi və Fransa Ordusu ilə uzun müddətli proqramlar çərçivəsində əməkdaşlıq edir. Aviaşirkət neft avadanlığı, tikinti materialları, ağır sənaye avadanlığı və maşınları, dəniz və 20 futluq konteynerlər, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, humanitar yardım, təhlükəli yüklərin (İATA - Təhlükəli Yüklərin Daşınması) daşınmasında geniş imkanlara və təcrübəyə malikdir.

www.businessaviation.az

“Silk Way Business Aviation” özəl təyyarə parkına malik olan və bütün növ uçuşlara yerüstü xidmət gostərən aviaşirkətdir. Bizim şirkət 2007-ci ildə yaradılmışdır və postsovet məkanında təyyarə tiplərinin sayına və seçiminə görə birincilər sırasındadır. Şirkətin əsas fəaliyyət sahəsi biznes və çarter uçusların təşkili və həyata keçirilməsidir. Bizim müştərilərimiz vaxtının qiymətini bilən və yaxşı komfortuna üstünlük verən iş adamlarıdır. Təyyarələrimizin salonlarında Sizlərə geniş çeşiddə əlaqə sistemləri təklif edə bilərik: telefon, internet, faks və sair. İstənilən film və konsertə baxa bilərsiniz. Noutbukla öz iş gününüzü təyyarədə təşkil edə bilərsiniz. Siz istənilən nöqtəyə uça bilərsiniz, iri şəhərlərdəki aeroportlardan tranzit məntəqəsi kimi istifadə etmək əziyyəti geridə qalmış olur.

Çox gözəl interyerə malik olan salonlar, komfort və əla xidmət Sizin uçuşunuzu əsl istirahətə çevirəcək. Biz həftədə 7 gün, gün ərzində isə 24 saat çalışırıq. Siz yalnız öz istəyinizi bizim operatora bildirirsiniz və istəyiniz qısa müddətdə realığa çevrilir. Aviaşirkətin təyyarəçiləri xarici ölkələrdə təhsil almış yüksək səviyyəli pilotlardır. Menecerlərimiz aviabiznes aləmində baş verən bütün yenilikləri izləyir, sərgilərdə və konfranslarda iştirak edir, aviaşirkəti bütün dünyada tanıdırlar. Nəticədə qısa zamanda istənilən nöqtəyə uçuş təmin edilir və bütün məsələlər dərhal öz həllini tapır. Bizim şuarımız: “Uçuşların təhlükəsizliyi, rahatlığı və sərnişinlərə maksimum qayğı”. Aviaşirkətimiz xidmətlərindən istifadə etdiyinizə görə Sizlərə öz minnətdarlığını bildiririk və yenidən görüşmək arzusu ilə ayrılırıq.

“SKY Catering” şirkəti 31 oktyabr 1997-ci ildə yaradılmışdır (dövlət qeydiyyat №-si 282). Şirkət Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində fəaliyyət göstərir və hava gəmilərində qidalandırmanı təmin edir. İFCA-nın (İnternational Flight Catering Association) üzvü olmaqla “SKY Catering” daim göstərilən xidmətlərin keyfiyyətinin artırılması yönümündə əzmlə çalışır. Şirkətin Fransada istehsal olunmuş, müasir texnoloji avadanlıqlarla təchiz edilmiş sexlərində yüksək keyfiyyətli, geniş çeşidli bort qida məhsulları istehsal olunur. “SKY Catering” müntəzəm reyslərdə birinci, biznes və ekonom klass sərnişinləri ilə yanaşı, həm də xüsusi reyslərdə VİP kateqoriyalı sərnişinlərə bort qidaları təklif edir.

Ərzaq təminatından və qida (Catering) istehsalından başlayaraq, onun təyyarənin bortuna çatdırılmasına qədər bütün texnoloji prosesə HACCP (Hazard Analysis and Critical Control Points) sistemi vasitəsi ilə nəzarət olunur. Bu da qida məhsullarının təhlükəsizliyində problemlər yarandıqda, risklərin azalmasına xidmət edir. Şirkətdə həm yerli, həm də xarici, yüksək ixtisaslı mütəxəssislər çalışır. Müasir texnologiyaların tətbiq edilməsi yönümündə Şirkət tərəfindən əməkdaşların ixtisas artırılmasına xüsusi diqqət yetirilir. “SKY Catering” Şirkətinin xidmətlərindən “AZAL”, “Silk Way Airlines”, “Lufthansa”, “Cargolux”, “Aeroflot”, “S7”, “Pulkovo” və digər tanınmış aviaşirkətlər aktiv istifadə edirlər. Şirkət həmçinin xüsusi və literli reyslərə də xidmətlər göstərir.

www.skycatering.az

www.swt.az

“Silk Way Technics” Məhdud Məsuliyyətli Cəmiyyəti 3 mart 2006-cı ildə təsis edilmişdir və iş fəaliyyətinə 2006-cı ilin dekabr ayından etibarən başlamışdır. “Silk Way Technics”-nin əsas məqsədi Hava Gəmilərinə göstərilən yüksək keyfiyyətli texniki xidmətdir. Yarandığı gündən “Silk Way Technics” Hava Gəmilərinə, eləcə də Azərbaycan Respublikasında fəaliyyət göstərən Aviasiya Şirkətlərinə müxtəlif spektrli yüksək ixtisaslı mütəxəssislər vasitəsilə keyfiyyətli texniki xidmətin göstərilməsini başlıca vəzifə kimi qarşısında məqsəd qoymuşdur. Hal-hazırda “Silk Way Technics”-nin yüksək ixtisaslı kadrları “Silk Way” Aviaşirkətinə məxsus olan İL-76 və “Gulfstream” təyyarələrinə, eləcə də «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan «АТR-42-500» və «АТR-72-500» tipli təyyarələrinə, həmçinin “AZALHELIKOPTER” Aviasiya Şirkətinin Hava Gəmilərinə və “Silk Way Business Aviation” Şirkətinə məxsus olan “Boeing-727-200” və “Gulfstream” G-200 / G-450 tipli təyyarələrinə 2007-ci ilin iyul ayından başlayaraq Texniki xidmət göstərirlər. Rusiya və yaxud Qərb istehsalı olan Hava Gəmilərinə geniş həcmli Texniki xidmətin göstərilməsi üçün şirkətimiz tərəfindən yüksək ixtisaslı mütəxəssislər işə cəlb olunur. Gələcəkdə “Silk Way Technics” MMC «Boing-787 DreamLiner», «Boeing-737» və «Boeing-747-400 Freighter» təyyarələrə Texniki xidmət göstərəcək. Yuxarıda qeyd olunan Texniki xidmətin növləri beynəlxalq texniki normalara uyğun olaraq aparılır. Beləliklə, yaxın gələcəkdə “Silk Way Technics” EASA-145 Sertifikatının alınması üçün öz fəaliyyətini genişləndirəcək və Hava Gəmilərinə daha yüksək texniki xidmətin göstərilməsini təmin edəcək

www.swgh.az

2004-cü ilin oktyabr ayında, "Silk Way Ground Handling " Birgə Müəssisəsinin dövlət paketı özəlləşdirilmiş və müəssisə, Məhdud Məsuliyyətlı Cəmiyyət statusu almışdır. "Silk Way Ground Handling" MMC bu gün - zəngin potensiallı, daim inkişaf edən şirkətdir. Cəmiyyətin rəsmısurətdə yaradılmasından xeyli əvvəl müəyyən edilmiş strategiya və işgüzar fəlsəfə dəyişməzdir və əsas məqsədə - keyfiyyətlıxidmət göstərilməsinə və uçuşların təhlükəsizliyinin təmin olunmasına yönəlmişdir.

Yerüstü xidmət - hava nəqliyyatında, aeroportun, aviaşirkətlərin bölmələrinin və müstəqil podratçıların birgə iştirak etdiklərıfəaliyyətin çox az növündən biridir. Təkcə uçuşların təhlükəsizliyi, hava gəmilərinin göndərilməsinin müntəzəmliyi deyil, həm də aeroportların xidmət göstərmə qabiliyyətıyerüstü xidmətin necə təşkil olunmasından asılıdır. əlbəttə ki, ciddi surətdə öz nüfuzunun qeydinə qalan istənilən aviaşirkət, sərnişinlərlə işin yerüstü fazasının necə məsuliyyətlıolduğunu bilir. Buna görə də, şirkətin əsasının qoyulduğu dövrdə bizim qəbul etdiyimiz ən mühüm qərar, hər şeydən əvvəl, avadanlığın yeniləşdirilməsinə, yenı texnikanın tətbiqinə və personalın ixtisasının artırılmasına aid olmuşdur. Nəticədə, bu gün hava gəmilərinə, sərnişinlərə, baqaja və yüklərə xidmət göstərmək üçün ən müasir avadanlıqdan istifadə edilir, ən yeni informasiya texnologiyası tətbiq olunur, personalın səviyyəsi daima yüksəlir və bütün bunlar bizə gələcəyə inamla baxmağa imkan verir. Öz fəaliyyətimizdə biz, IKAO-nun (Beynəlxalq Mülkı Aviasiya Təşkilatı) və IATA-nın (Beynəlxalq Aviasiya NəqliyyatıAssosiasiyası) sənədlərinə və tövsiyələrinə riayət etməklə, beynəlxalq təcrübəyə əsaslanırıq. IATA ilə mükəmməl əməkdaşlıq etmək üçün "Ground Handling Company" 2000-ci ildə IATA-nın yerüstü xidmət üzrə şuranın daimi üzvlüyünə rəsmı qəbul olunmuşdur. Bu isə bizim müəssisəmizə Assosiasiyanın, o cümlədən şuranın xüsusi işçı qruplarının illik iclaslarında iştirak etmək hüququ verir.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi, Azərbaycan Respublikasının aeroportlarında təqdim olunan xidmətlərin daha da təkmilləşdirilməsinə və keyfiyyətinin yüksəldilməsinə yönəlmiş “Mülki Aviasiyanın inkişafı” proqramının realizasiyası üzrə bizim irəlidə böyük və ciddi planlarımız vardır.

www.swhs.az

SW Helicopter Services müxtəlif növ uçuşların yerinə yetirilməsi ilə bağlı aviasiya xidmətləri göstərən və hava gəmilərinə texniki xidməti həyata keçirən aviasiya şirkətidir.Şirkətimiz hüquqi statusu olan məhdud məsuliyyətli cəmiyyətdir. Bu gün SW Helicopter Services MMC davamlı inkişaf templərini və zəngin potensialı özündə ehtiva edən perspektivlərə malikdir.Şirkətin iş prinsipi milli və beynəlxalq normalar çərçivəsində müəyyən edilmiş strategiya və istiqamətlər üzərində qurulmuşdur. Əsas məqsəd - təhlükəsiz uçuşların və yüksək keyfiyyətli xidmətlərin reallaşdırılmasıdır.

 

Hal-hazırda şirkət S-92A, AS-332 L1 «Super Puma», EC-155 B1, EC-135, MI-171, MI- 8MTV-1 tipli helikopterlərlə müxtəlif növ uçuşlar həyata keçirməkdədir:

     -sərnişinlərin və yüklərin dəniz üzərindən özüllərə daşınması üzrə uçuşlar;

     -təcili-tibbi yardım və qəza-xilasetmə tapşırıqlarının yerinə yetirilməsi üzrə uçuşlar;

     -dağlıq ərazilərdə xarici asılqanla yüklərin daşınması üzrə uçuşlar;

     -kommersiya uçuşları;

     -ərazinin və obyektlərin səmadan çəkilişi ilə bağlı uçuşlar;

 

Uçuşları yerinə yetirən uçuş heyəti uçuş yararlılığı haqqında beynəlxalq sertifikata malik,bütün növ aviasiya işlərini yerinə yetirmə səlahiyyətlərinə sahib olan,yüksək təcrübəli pilotlardır. Bundan əlavə şirkət tərəfindən alınan Cessna Skyhawk 172 S tipli hava gəmiləri ilə də müxtəlif növ uçuşlar həyata keçirilməkdədir. SW Helicopter Services MMC-nin əsas fəaliyyət növlərindən biri də hava gəmilərinə texniki xidməti həyata keçirməkdir.Bunun üçün müasir avadanlıqlarla təchiz olunmuş,texniki xidmət proqramlarına,texnoloji göstərişlərə və digər istismar sənədlərinə və sertifikatlara malik aviasiya texniki bazası mövcuddur.Həmçinin texniki xidmətə cəlb edilmiş və yeni inşa edilmiş,4.000 m2 sahəsi olan müasir tipli anqar eyni vaxtda bir çox helikopterlərə xidmət etməyə imkan verir.Anqarda loqistika və injiniirinq üçün hər bir şərait vardır.Texniki xidmət milli və beynəlxalq idarələr tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq müvafiq təcrübəyə malik texniki personal tərəfindən həyata keçirilir

www.bct.az

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində, tikintisi 2005-ci ildə başa çatan Bakı Yük Terminalının işə düşməsi ilə, Azərbaycan Amerika və Avropadan Asiyaya, Asiyadan Avropa və Amerikaya daşınan yüklər üçün yükboşaltma məntəqəsi olmuşdur. Bu da “İpək Yolu” layihəsinin ayrılmaz hissəsidir. Terminalın istifadəyə verilməsi beynəlxalq yükdaşımaların həcminin artırılmasına imkan yaradmış və bunun sayəsində Bakı avtomatik olaraq regionun ən mühüm tranzit ölkəsinə çevrilmişdir. MDB məkanında ən böyük və texniki cəhətdən yüksək səviyyədə təchiz olunmuş Terminal, həmçinin Avropanın 10 ən yaxşı yük terminalları siyahısına daxildir və yüksək beynəlxalq tələblərə cavab verir. Terminalın texniki bazası bütün növ yüklərin saxlanması və işlənməsi, müştərilərə beynəlxalq standartlara cavab verən yüksək səviyyəli xidmətin göstərilməsini (gömrük xidmətlərindən tutmuş, yüklərin qapılara qədər daşınması və yüklənməsi) nəzərdə tutur. Layihənin ümumi dəyəri 19 milyon ABŞ dolları təşkil edir.

Layihə Britaniyanın “İnternational Handling Company” tərəfindən maliyyələşdirilmişdir. Terminalın inşası yerli “Xəzər” şirkəti tərəfindən aparılmışdır. “Baku Cargo Terminal” xüsusi saxlama ambarları ilə təchiz olunmuşdur. Məsələn, tez xarab olan yüklərin saxlanılması üçün soyuducu və dondurucu kameralar, qiymətli yüklərin saxlanılması üçün videonəzarət olan yerlər, müxtəlif kateqoriyalı xüsusi təyinatlı, təhlükəli yüklərin saxlanılması və emal edilməsi otaqları. Bütün yüklərin terminaldaxili hərəkətləri və düzgün yerləşdirilməsi öz istehsalımız olan xüsusi “ANTWORKS” computer proqramı vasitəsi ilə aparılır. Sistem İATA-nın məsləhətləri ilə yaradılmışdır ki, bu da mövcud olan digər sistemlərə daxil olmanı asanlaşdırmışdır. Bakı Yük Terminalı binasının ümumi sahəsi 12 000 м². Perronun ümumi sahəsi 163 000 м². Burada 9 Boing 747 / AN 124 və ya 15 İL 76 tipli təyyarə yerləşdirmək olar.

“DUTY FREE.AZ” şirkəti rüsumsuz ticarət xidmətlərini göstərmək üçün 2007-ci ildə Azərbaycan Respublikasında lisenziya ilə təmin edilmişdir. “DUTY FREE.AZ” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildə başlamışdır. “DUTY FREE.AZ” yaxın regionda analoqu olmayan, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir, Azərbaycanda və ölkədən kənarda öz xidməti və fəaliyyəti ilə bənzərsizliyini sübut edən, artıq bir marka kimi formalaşan,

6 müasir tipli mağazanı özundə cəmləşdirən;

yüksək xidmət göstəriciləri ilə fərqlənən;

Azərbaycanda yeganə və müasir rüsumsuz ticarət mərkəzidir.

Bu gün “DUTY FREE.AZ” dünyanın ən məşhur rüsumsuz ticarət mallarının satışı ilə məşğul olan şirkətlərdən biri “GEBR-HEİNEMANN” ilə əməkdaşlıq edir, tanınmış brendlərin Azərbaycanın rüsumsuz ticarət zonasına gətirilməsinə nail olur, ölkənin qeyri-neft sektorunun inkişafına öz töfhəsini verir. “DUTY FREE.AZ” qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün əməkdaşlarının təlimi və inkişaf etdirilməsi istiqamətində işlər görür. Bu siyasətin nəticəsi olaraq, təşkilat öz əməkdaşlarının inkişaf etdirilməsi, əməkdaşlar isə özlərinin və başqalarının iş məhsuldarlığının artırılması prinsipi ilə çalışırlar.

www.dutyfree.az

www.sheraton.com/bakuairport

Bakı Ekspo Mərkəzindən maşınla 3 dəqiqə, Abşeron çimərliklərindən 10 dəqiqə və Bakının mərkəzindən 25 dəqiqəlik məsafədə, Heydər Əliyev Beynəlxalq Hava Limanının gözəl güşəsində yerləşən Sheraton Hotel mehmanxanası iş adamları və turistlər üçün sərfəli qiymətə, etibarlı, nəzakətli xidmət və müasir, cəlbedici, rahat mühit təklif edir.

 

Bizim 205 otağımızın hamısı fərdi olaraq idarə edilən hava kondisionerləri ilə tam təchiz olunmuşdur. Bu otaqlarda internetlə yüksək sürətli bağlantı yaratmaq imkanı, çay/qəhvə hazırlama cihazları, yastı ekranlı televizor, oteldaxili filmlərin nümayişi və 24 saat ərzində otaqlara xidmət təklif olunur.

 

Ümumi sahəsi 388 kvadrat metr olan iclas və konfrans otaqlarını özünə daxil etməklə, ən müasir audio və video texnologiyalarını tətbiq edərək, «Sheraton» oteli 10 nəfərin iştirak etdiyi seminardan başlayaraq 650 nəfərin iştirak etdiyi mərasimlərədək tədbirlərə xidmət göstərmək imkanına malikdir.

 

Qonaqlar tam nəzarət altında olan trenajor zalında məşq, yaxud saunada və rahatlaşdırıcı masaja getməklə istirahət edə bilərlər.

 

Bütün qonaqlarımıza hər 2 saatdan bir Bakı Ekspo Mərkəzinin yanından keçərək, şəhərin mərkəzinə gedib-qayıtmaq üçün avtobuslar təklif olunur.

www.banksilkway.az

«Bank Silk Way» Azərbaycan Respublikası Milli Bankın 06.01.1994-cü il tarixli 175 saylı lisenziyası əsasında fəaliyyət göstərir. 25 yanvar 2008 ildən «AZAL» Səhmdar Kommersiya bankın adı «Bank Silk Way» ASC dəyişdirilmişdir. Eyni zamanda bankın strukturu da dəyişdirilmişdir. Bu gün «Bank Silk Way» Açıq Səhmdar Cəmiyyətin səhmdarlarından biri Zakavkaziyada iri özəl aviaxətti olan «Silk Way Airlines»dir. Biz çox illər ərzində Azərbaycan Respublikası bank sektorunda durumlu və dinamik inkişaf edən bank kimi özümüzü göstərmişik.

 

«Bank Silk Way» ASC-nin Bakı, Gəncə, Lənkəran şəhərlərində filiallar şəbəkəsi vardır. Eyni zamanda filiallardan biri Heydər Əliyev beynalxalq aeroportunda yerləşir. Bu aeroporta yaxın təşkilat və kompaniyalara bankın bütün xidmətlərini göstərməyə imkan yaradır. Bank «VİSA İNTERNATİONAL» və «MasterCard» beynalxalq plastik kart sistemlərinin üzvüdür. «Bank Silk Way» Azərbəycan Respublikası İqtisadi İnkişaf nazirliyi Sahibkarlığa Kömək Milli Fondun müvəkkil bankıdır.

www.silkwayinsurance.com

"İPƏK YOLU SIĞORTA" Açıq Səhmdar Cəmiyyəti 1995-ci ildən "AZAL SIĞORTA" ASC kimi yaradılmış, 2011-ci ildə şirkətin adı "İPƏK YOLU SIĞORTA" ASC–yə dəyişdirilmişdir. Fəaliyyətə başladığı ilk gündən indiki dövrədək şirkət respublikanın aparıcı sığorta şirkətləri arasında özünəməxsus yer tutmuşdur. Şirkətimiz hal-hazırda 23 sığorta növü ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir. Şirkətimiz öz müştərilərinə geniş miqyaslı, o cümlədən, bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və sair növlər üzrə peşəkar sığorta xidməti göstərir. "İPƏK YOLU SIĞORTA" respublikada ilk dəfə olaraq aviasiya sığortası üzrə bir sıra lisenziya növlərinin yaradılmasının təşəbbüsçüsü kimi çıxış etmişdir.

 

Sığorta növləri:

     - Aviadaşıyıcılarən üçüncü şəxslər qarşısında

       mülki məsuliyyətinin sığortası

     - Elektron cihaz və avadanlıq sığortası

     - Fiziki şəxslərə məxsus avtonəqliyyat

       vasitələrinin sığortası

     - Fiziki şəxslərə məxsus olan əmlakın sığortası

     - Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası

     - Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə

        məşğul olan fiziki şəxslərin

       əmlakının sığortası

     - Hava limanı sahiblərinin və hava hərəkəti

       idarəetmə orqanlarının mülki

       məsuliyyətinin sığortası

     - Hava nəqliyyat vasitələrinin sığortası

     - Hüquqi şəxslərə məxsus avtonəqliyyat

       vasitələrinin sığortası İş fəaliyyəti

       prosesinin dayanmasının sığortası

       İşəgötürənin məsuliyyətinin

     - Könüllü tibbi sığorta

     - Montaj sığortası

     - Tikinti-quraşdırma riskləri sığortası

     - Ümumi məsuliyyətin və peşə

       məsuliyyətinin sığortası

     - Yüklərin sığortası

        İpoteka predmeti olan əmlakın sığortası

     - Fərdi qəza və xəstəlik sığortası

     - Yanğından İcbari sığorta

     - Sərnişinlərin İcbari sığortası

     - Qiymətli əşyaların daşınması sığortası

     - Bankların və maliyyə xidmətləri

       göstərən digər hüquqi şəxslərin

       risklərinin kompleks sığortası

     - Səyahət sığortası

     - Avtonəqliyyat vasitələri sahiblərinin

       mülki məsuliyyətinin icbari sığortası

“SILK WAY CONSTRUCTION” MMC 03 aprel 2007-ci il tarixində yaradılmışdır. Cəmiyyatin fəaliyyəti aviasiya subyektlərində təmir-tikinti, quraşdırma, abadlıq və sair bu kimi işlərə olan tələbatların yerinə yetirməsinə yönəldilib. Qeyd edilən sahədə göstərilən xidmətlərin daha da genişləndirilməsi və səviyyəsinin artırılması məqsədi ilə 20 fevral 2008-ci il tarixində Cəmiyyətin tərkibində “SW Beton” və “SW Maintance and Cleaning” filialları yaradılmışdır. Bu filiallar müasir avadanlıqlarla təchiz edilmiş: “SW Beton” filialı yüksək standartlara cavab verən beton və beton məmulatları istehsal edir, “SW Maintance and Cleaning” filialı isə aerovağzal komplekslərin təmizlik işlərini həyata keçirir, eyni zamanda bütün avadanlıqlara texniki xidmət qöstərir.

www.swconstruction.az

www.swtravel.az

"SW Travel" "SW Holding" şirkətlər qrupuna daxil olub, yerli və xarici şirkətlər, o cümlədən turistlər üçün dünyanın istənilən nöqtəsinə səfər və səyahətlərin, aviabiletlərin, mehmanxanaların, transferlərin, turların, viza xidmətlərinin və s. təşkili üzrə fəaliyyət göstərən şirkətdir.

Peşəkar əməkdaşlarımızın yüksək səviyyəli xidmətləri hər bir korporativ və individual müştərinin fərdi tələb və standartlarını təmin etməyə istiqamətlənmişdir. "SW Travel" şirkəti AZAL Dövlət konserninin satış agentidir.

SW Travel iş prinsipləri:

SW travel – öz iş tərəfdaşlarına qarşı səmimiyyət , öz müştəriləri qarşısındakı öhdəliklərə qarşı məsuliyyət;

Turizm sahəsində peşəkar, etibarlı, keyfiyyətli xidmət;

Ən ali beynəlxalq standartlara əsaslanaraq müştərilərimizə ən sərfəli səyahət seçimləri təqdim etməkdir.